2020-ci il fevralın 21-də Xəzər Universitetinin Tələbələrin cəlb olunması üzrə işçi qrupun rəhbəri professor Fuat Rəsulovun Şirvan, Salyan və Neftçala şəhərlərinə səfəri baş tutdu.
Səfərin məqsədi 2020-ci ildə universitetə tələbələrin cəlb olunması üzrə işləri təkmilləşdirmək, universitetin “tərəfdaş şəbəkəsi”nin əhatə dairəsini genişləndirmək, regionlarda fəaliyyət göstərən hazırlıq kurslarının rəhbərləri ilə əlaqə yaratmaq, onları yeni tələbələrin cəlb olunması prosesində tərəfdaş və yardımçı etməkdir. Səfər zamanı Şirvan şəhərinin “ALFA” və Salyanın “Körpü” Hazırlıq Kursları ilə əlaqələr quruldu, rəhbərlik və müəllimlərlə keçirilmiş görüşdə Xəzər Universiteti barəsində məlumat verildi.
Neftçala rayonunda Hazırlıq kursları olmadığından, görüş 3 saylı Tam orta məktəbin müəllim və 11-ci sinif şagirdləri ilə keçirildi. Görüş zamanı şagirdlərə Xəzər Universiteti barəsində geniş məlumat verildi, bukletlər paylanıldı və şagirdlərin sualları cavablandırıldı.