Xəzər Universiteti İnstitusional Repozitariyası DSpace daxilində istifadə statistikasını izləmək üçün Google Analytics (GA) tətbiq etdi. Google Analytics veb istifadəsini təhlil etmək üçün ən populyar pulsuz vasitədir.
GA statistikası DSpace üçün mövcud “plug-in”lərdən daha etibarlı olduğunu sübut etdi. Belə ki, DSpace üçün mövcud olan əvvəlki “plug-in”-lərdə statistikanın itirilməsi və robotların fəaliyyəti nəticəsində şişirdilmiş səhifə baxış saylarını müşahidə olunurdu.
Məsələn, GA-dan dünyanın müxtəlif ölkələrindən sessiyalar, istifadəçilər, sayt ziyarətləri haqqında məlumat toplamaq üçün istifadə edilirdi. İndi ayda 10 000 ilə 15 000 seans və istifadəçi, bundan əlavə, təxminən 8000 səhifə baxışı əldə olunur. Dünyada DSpace-in ən çox izlənildiyi ölkələr bunlardır: ABŞ (6748), Türkiyə (1090), İndoneziya (1013), Birləşmiş Krallıq (380), Niderland (379).
Bu məlumat, birbaşa Google-dan gələn çox sayda istifadəçi ilə repozitariyamızın necə istifadə olunduğunu daha yaxşı izah edir.