Xəzər Universitetinin dördüncü kurs tələbəsi Joyce Lisa Muduve Erasmus mübadiləsi proqramında iştirak etmişdir. Onun mübadilə semestrindəki təəssüratlarını bölüşürük: “Manisa Celal Bayar Universitetindəki təcrübəm ən gözəl xatirələrdən biridir. 2019-2020-ci tədris ilinin payız semestrində Erasmus+ mübadilə proqramında iştirak etmək imkanım oldu. 100% KUISP Təqaüdü üzrə beynəlxalq tələbə olaraq, bu fürsəti əldə edəcəyimi heç düşünməmişdim, amma sonda zəhmət və qətiyyət qazandı. Manisadakı Celal Bayar Universitetində tələbə olmaq, həyatımda ürəkaçan təcrübə idi. Erasmus tələbələrinə təqdim olunan xidmət və təşkilat mükəmməl idi: hava limanından qarşılama xidməti, kirayə otaqlar vermək, yaşayış icazəsi almaq, tələbələr üçün ekskursiyalar və beynəlxalq ofisin daim köməyi. Universitetdə ixtisaslı professorlar var və mənim mühazirələrim ingilis dilində idi.
Universitetin akademik sistemi Xəzər Universiteti ilə müqayisə edəndə semestr boyu həm aralıq, həm final, həm tapşırıq, həm də təqdimat vermək cəhətindən eynidir. Vaxtımı türk və beynəlxalq tələbələrlə keçirmək şansım oldu. Onlarla vaxtımı kampusda və ondan kənarda keçirdim və çox möhtəşəm idi! Kampusda əylənmək üçün lazım olan hər şey var idi (kitabxanalar, restoranlar, qəhvə, hovuz, idman zalı, idman qurğuları, yemək meydançası, dükanlar)! Digər mübadilə tələbələrinə şəhərin mərkəzindən bir qədər uzaqda olsa da, kampusda yaşamağı məsləhət görərdim. Mərkəzə və İzmir şəhərinə çatmaq üçün ictimai nəqliyyat tapmaq həmişə asandır.
Cəlal Bayar Universitetində olduğum müddətdə, Erasmus Tələbə Şəbəkəsi (ESN) tərəfindən təşkil olunan fəaliyyətlərin və universitetdə keçirilən bir çox ictimai tədbirlərin sayəsində, özümüzü evdəki kimi hiss etməyimə və dost olmağıma heyran oldum. Bundan əlavə, ən yaxşı və ən vacib təcrübə Türkiyədə olduğum müddətdə “mədəniyyətlərarası macəra” oldu. ESN tərəfindən təşkil edilən bəzi tədbirlər sayəsində Kapadokiya və Pamukkale bölgələrini ziyarət etdim və orada həm yerli, həm də xarici tələbələrlə dostlaşdım. İzmir, Efes, Şirince, Ankara və İstanbula başqa səfərlərim də oldu. Bundan əlavə, qonşu ölkə Şimali Kiprdə oldum, burada keçmiş lisey yoldaşlarım da daxil olmaqla, bir sıra zimbabvelilərlə görüşə bildim. Türkiyədə tələbələr üçün nəqliyyat, muzey və yemək də daxil olmaqla, bir çox endirim var. Ümumiyyətlə, Azərbaycana da oxşar bir adət –böyük bir türk qonaqpərvərliyini gördüm.