2020-ci il fevralın 15-də Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin koordinatoru Orxan Zamanovun sədrliyi və departamentin müəllimlərinin iştirakı ilə iclas keçirildi. İclasda bu ilin yaz semestri üçün nəzərdə tutulmuş gündəlik məsələlərə baxıldı. Toplantıda tədris məsələləri, departamentin akademik fəaliyyəti və cari işlər müzakirə edildi. Professor Habil Məmmədov və Dr. Zəhra İslamovanın təklifləri maraqla qarşılandı. Gələcək toplantıların virtual iclas şəklində təşkili məsələsi qərara alındı və növbəti iclasın gündəliyi müəyyən olundu.