2020-ci il fevralın 6-da Özəl Boylam Xəstəxanasının qurucusu, psixiatr Prof. Ertuğrul Köroğlu Xəzər Universiteti Psixologiya departamentinin magistr tələbələrinə növbəti mühazirəsini təşkil etdi. Tələbələr bu dərsdə şəxsiyyət pozuntuları ilə əlaqədar nəzəri və praktik bilik və bacarıqlar qazandılar. Professor Ertuğrul Köroğlunun pasiyentlərlə olan şəxsi praktiki videolarını paylaşmaları tələbələrdə böyük marağa səbəb oldu.
O, mühazirəsinin sonunda öz təəssüratlarını bölüşdü, tələbələrin aktiv və həvəsli olmasından bir müəllim kimi qürurlandığını və Xəzər Universiteti ilə əməkdaşlıqdan məmnun olduğunu qeyd etdi.
Qeyd edək ki, professor 2020-ci ilin yaz semestrində “Klinik psixologiyada müasir nəzəriyyələr” dərsini Xəzər Universitetinin tələbələrinə tədris edəcək.