2020-ci il fevralın 10-dan mayın 9-dək Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzi Wiley Online Kitabxanasına giriş üçün sınaq müddəti almışdır. Wiley Online Kitabxanası elektron jurnallara, kitablara, tam mətnli məqalələrə rahat giriş imkanı verən platformadır.
İnternet resurslarının çoxsaylı kolleksiyası 1500 jurnalda 4 milyondan çox məqaləyə, 15000-dən çox onlayn kitaba, laboratoriya protokollarına və məlumat bazalarına giriş imkanı verir.
Məlumat bazasının əhatə etdiyi sahələr kimya, kompüter elmləri, yer və ətraf mühit, təhsil, mühəndislik, həyat elmləri, riyaziyyat, fizika, astronomiya, psixologiya, sosial elmlər və s.
Wiley Online Library platformasına universitetin IP-si ilə daxil olmaq mümkündür.