2020-ci il fevralın 7-də Xəzər Universiteti Həyat elmləri departamentinin PhD tələbələri və biologiya, kimya-biologiya ixtisası üzrə təhsil alan yuxarı kurs tələbələri üçün “Laboratoriyaların bioloji təhlükəsizlik səviyyələrinə görə təsnifatı və laboratoriyalarda biotəhlükəsizlik, biomühafizə tədbirləri” adlı seminar keçirildi. Tədbiri ABŞ-ın bioloji təhlükənin azaldılması proqramı çərçivəsində Azərbaycanda fəaliyyət göstərən laboratoriyalarının biotəhlükəsizlik üzrə təlimçisi Könül Quliyeva – “Laboratoriyalarda biotəhlükəsizlik və biomühafizə tədbirləri” haqqında, Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunun BSL-3 səviyyəli laboratoriyasının müdiri Şəlalə Zeynalova –“Laboratoriyaların biotəhlükəsizlik səviyyələrinə görə təsnifatı” mövzusunda çıxış etdilər. Təlimçilər fərdi mühafizə vasitələrini əyani nümayiş etdirərək, bioloji təhlükə zamanı onların istifadəsini praktik olaraq göstərdilər.