2020-ci il fevralın 6-da Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi və doktorantı Nilufər Əlizadə “Fairmont” Otel təlim və inkişaf departamentinin təşkil etdiyi peşəkar inkişaf təlimində spiker kimi çıxış etdi. Seminarda psixoloji rifahın qazanılması, iş yerində psixoloji sağlam mühitin qorunması və işçilərin motivasiyasının artırılma yolları haqqında çıxış etdikdən sonra Nilufər Əlizadə iştirakçıların maraqla qarşıladığı proyeketiv testlər keçirərək, onların suallarını da cavablandırdı.