2020-ci il fevralın 3-də Moderator.az xəbər portalı Xəzər Universiteti “Xəzər Xəbər” jurnalının əməkdaşı, əməkdar jurnalist Əlirza Balayevin “Gecə sözünün dilimizdəki eybəcər variantı haqqında” sərlövhəli məqaləsini dərc etmişdir.
Məqalədə müəllif Azərbaycan dilində müxtəlif tədbirlər mənasında işlənən “gecə” sözündən imtina etməyi, onun dilimizdəki uyğun sözlərlə əvəz olunmasını və zərurət yarandıqda Azərbaycan dilinin bütün orfoqrafiya lüğətlərində yer alan “müsamirə” sözünü işlətməyi təklif edir.
Məqaləni bu linkdə oxumaq olar: