Xəzər Universitetində “Çay bitkisindən ayrılmış nano hissəciklərinin Prophyromonas gingivalis bakteriyasına təsirinin öyrənilməsi” layihəsinə start verildi.
Həyat elmləri departamentinin və Nanotexnologiya laboratoriyasının müəllim heyəti, PhD tələbələrinin birgə elmi-tədqiqat işbirliyi nəticəsində ilk dəfə olaraq çay bitkisindən (Camellia sinensis) gümüş nano hissəcikləri yaşıl sintez metodu vasitəsilə ayrılmışdır. Eyni zamanda, ağız boşluğunda diş əti iltihabına, kariyesə səbəb olan və insanlar arasında kifayət qədər yayılmış stomatologiya sahəsində ciddi problem yaradan anaerob Prophyromonas gingivalis bakteriyasını bakterioloji üsullardan istifadə edilərək, xəstələrdən ayrılmışdır. Eksperimentin əsas məqsədi yaşıl çaydan ekstraksiya edilmiş gümüş nano hissəciklərin müxtəlif konsentrasiyalarında Prophyromonas gingivalis bakteriyasına baktriostatik, bakteriosid və digər təsirlərinin in vitro şəraitində öyrənilməsidir.