2020-ci il yanvarın 24-də Xəzər Universitetinin “Mərmər” zalında dizayn ixtisasının IV kurs tələbələrinin interyer dizayn-2 və koloristika fənlərinin baxış imtahanları keçirildi. İmtahanda fənn müəllimləri Mehdi Samadi və Xatirə Hüseynəliyeva, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı dosent Elza Səmədova və Keyfiyyətin Təminatı Mərkəzinin direktoru Lyudmila Sotova iştirak edirdilər.