Xəzər Universitetinin müəllimi Elza İsmayılovanın “Koroğlu” dastanında qılınc motivi” adlı məqaləsi Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun “Dədə Qorqud” elmi-ədəbi jurnalında (2019-cu il, I (64) səh.91) nəşr olunmuşdur. Məqalədə “Koroğlu” dastanının Azərbaycan və türk versiyalarındakı qılınc motivləri, xüsusilə, “Misri” qılıncın etimologiyası araşdırılır. Dastanın Azərbaycan və türk mətnlərində eyni silahlardan, eyni döyüş alətlərindən istifadə edildiyi, hər iki mətndə silah motivlərinə bənzərliyi qeyd olunur. Müəllif bununla türk və Azərbaycan xalqlarının eyni mədəniyyətin və etnik kimliyin daşıyıcısı olduğunu sübut edir.