2020-ci il yanvarın 17-də “Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi (AZ-ad-EHEA)” layihəsi adı altında həyata keçirilən Tvinninq layihəsi təhsil proqramının xarici və yerli ekspertlərdən ibarət qiymətləndirmə qrupu ingilis dili müəllimliyi proqramının pilot qiymətləndirməsini həyata keçirmək üçün Xəzər Universitetində oldu. Ekspertlər universitet rəhbərliyi, özünütəhlil qrupunun üzvləri, ingilis dili və ədəbiyyatı departamentinin müəllimləri, adı çəkilən ixtisasın tələbələri, məzunları və işəgötürən təşkilatların rəhbərləri ilə görüş keçirdilər.
Xəzər Universitetinin layihəyə 2019-cu ilin martında qoşulmasına baxmayaraq, təqdim etdiyi hesabat bundan əvvəl təqdim olunmuş 23 hesabat arasında yüksək qiymətləndirilmişdir.
Hesabat İngilis dili və ədəbiyyatı departamentinin müdiri Dr. Bahman Amaninin başçılığı ilə yaradılmış İşçi qrupunun koordinatoru Milana Abbasova və qrupun üzvləri - Kəmalə Əsgərova, Nailə Qasımova, Validə Kərimova, İlham Tağıyev və Cəmilə Fərman tərəfindən hazırlanmışdı.