2020-ci il yanvarın 17-də Xəzər Universitetində bir ay yarım ərzində davam edən “Python ilə məlumat” elmi seminarlar silsiləsi işini yekunlaşdırdı. Seminarlarda Xəzər Universitetinin tələbələri ilə yanaşı, digər universitetlərin tələbələri də iştirak edirdilər.
5-dən çox seminarı buraxmayan və layihələrdə effektiv iştirak edən şəxslərə Xəzər Universiteti adından rəsmi sertifikat təqdim edildi. Sertifikatları iştirakçılara Xəzər Universitetinin Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Dr. Hassan Niknafs təqdim etdi və onları təbrik etdi.
Qeyd edək ki, “Python ilə məlumat” elmi seminarlar silsiləsi 2019-cu il noyabrın 29-dan Xəzər Universitetində başlamışdı. Seminarlar hər bazar ertəsi və cümə günləri olmaqla, təxminən 50 saat davam etmişdir. Xəzər Universitetinin məlumat elmi seminarı bütün ölkədən gələn həvəskarlar, müəllim və tələbə heyəti üçün nəzərdə tutulmuşdu.