2020-ci il yanvarın 17-də bir qrup könüllü gəncin təşəbbüsü ilə həyata keçirilən “Kitab gəzər” layihəsi çərçivəsində layihə rəhbəri Fatma Qurbanova və Bərdə, Ağdam, Tərtər rayonlarından olan 15 şagird tanışlıq məqsədilə Xəzər Universitetinə ekskursiya etdilər. Tədbiri Tələbələrin universitetə cəlb olunması üzrə işçi qrupun rəhbəri professor Fuat Rəsulov keçirdi.
O, qonaqlara Xəzər Universiteti barəsində videoklip nümayiş etdirdi, universitetin təhsil modelini açıqladı, universitet barəsində ətraflı məlumat verdi və sonra universitetin tələbələrə yaratdığı imkanlarla bağlı fikirlərini bölüşdü. Səmimi şəraitdə keçən görüşdə şagirdlərin ixtisas seçimi ilə əlaqədar çoxsaylı sualları cavablandırıldı. Yekunda qonaqlar universitetin kitabxanası ilə tanış oldular. Onlara Xəzər Universitetinin ümumi və ixtisaslar üzrə bukletləri, bloknotları və qələmləri hədiyyə edildi.