Azərbaycanı Gəncliyin İmkanları (Youth Opportunities) layihəsi çərçivəsində təmsil edən Xəzər Universitetinin neft mühəndisliyi ixtisası üzrə 1-ci kurs magistr tələbəsi İmtiaz Əhməd Qlobal Gənclər səfiri seçildi. Gəncliyin İmkanları layihəsi dünyada gənclər üçün ən böyük fürsət yaradan platformalardan biridir. Milyonlarla gənc özünü davamlı inkişaf etdirmək, pulsuz və vacib təhsil məzmunu əldə etmək üçün ən təsirli platforma olaraq Gəncliyin İmkanları layihəsindən faydalanmışdır. Aşağıda İmtiaz Əhmədin bəyanatını təqdim edirik:
“Allahın yardımı, öz zəhmətim və ailə üzvlərimin duaları bu vəzifəyə çatmağı bacardım. Pakistandan olan Xəzər Universitetinin beynəlxalq tələbəsi olaraq, qardaş və tarixi münasibətlərimiz olan bir ölkənin gəncləri üçün işləmək mənim üçün şərəfdir.
Bir tələbə olaraq, gəncləri maraqlandıran müxtəlif imkanlarla bağlı qarşılaşdıqları problemlərdən xəbərdaram. Bir çox tələbə prosesi və lazımi kanalları bilmədiklərinə görə, fürsətlərdən istifadə edə bilmirlər. Bu, heç də onların öz işlərində yaxşı olmadıqlarına görə deyil.
Həmçinin, mən artıq Xəzər Universiteti Beynəlxalq Tələbə Birliyinin (BTB) rəhbəri olaraq gənclərin inkişafı üçün çalışıram. İndi Gəncliyin İmkanları Təşkilatının bir səfiri olaraq, bu platformanı həmkarlar ittifaqı və digər yerli və beynəlxalq təşkilatlarla qarşılıqlı şəkildə təşkil olunan gənclik tədbirləri ilə əlaqələndirəcəyəm. Gəncliyin İmkanları vasitəsilə prosedur tətbiq etməklə yanaşı, müxtəlif yerli və beynəlxalq gənclər proqramları haqqında məlumat verərək, gələcək uğurlu səyahətlərinə töhfə verəcəyəm.
Bundan əlavə, gəncləri fürsətləri nailiyyətlərə çevirməyə təşviq etmək mənim kollektivim və güclü əməkdaşlığım sayəsində mümkün olacaq və bu, mənim hədəfimdir”.