2020-ci il yanvarın 14-də “Dünya” məktəbində Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri, Respublika və Beynəlxalq fənn olimpiadaları üzrə koordinator Fuad Qarayevin istedadlı şagirdlərlə görüşü keçirildi.
Görüşdə layihələrdə, müsabiqələrdə və olimpiadalarda iştirak etməyin təhsildə və ümumiyyətlə həyatda əhəmiyyətindən söhbət açıldı. Mövzu ətrafında geniş müzakirələr aparıldı.