2020-ci il yanvarın 11-də Xəzər Universitetində Ətraf Mühitin Tədqiqi Mərkəzinin təşkilatçılığı ilə Fəlakət Riskinin Azaldılması üzrə Qlobal Şəbəkənin (FRAQŞ) (Global Network of Civil Society Organizations for Disaster Reduction (GNDR) milli koordinasiya görüşü keçirildi. Bu görüşdə QHT sektorunun, universitetlərin və elmi-tədqiqat institutlarının 30-dan çox nümayəndəsi iştirak etdirdi. Görüşdə ilk olaraq, Xəzər Universiteti Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov GNDR və onun regionda rolu haqqında nümayəndələrə ətraflı məlumat verdi. Daha sonra R.Abbasov “Zəiflik və fəlakət riskləri. Fəlakət risklərinin uşaq mərkəzli idarə olunması”; Azərbaycan Coğrafiya Cəmiyyətinin nümayəndəsi Rövşən Kərimov “Azərbaycanda təbii fəlakətlər”; Təbii Fəlakət Riskinin Azaldılması üzrə ekspert Samir Abbasov “Su mənşəli təbii fəlakətlər. Daşqınlar və onların idarə olunması”; BDU-nun dosenti Vügar Dərgahov “Antropogen yüklənmə, təbii fəlakətlər və rekreasiya potensialında dəyişmələr”; Xəzər Universiteti Neft-qaz mühəndisliyi departamentinin müdiri Qəşəm Zeynalov “Azərbaycanda geoloji təhlükələr” mövzularında çıxış etdilər. Qadınlar Arasında Həmrəylik İctimai Birliyinin nümayəndəsi Ruhəngiz Hüseynova “Qadınlar Arasında həmrəylik Təşkilatının” fəlakət risklərinin idarə olunması, Sudan İstifadə üzrə Mütəxəssislər Birliyinin nümayəndəsi Rəşail İsmayılov isə Azərbaycanda su ehtiyatlarından və sudan istifadə sahəsində mütəxəssislər birliyinin təcrübələrini iştirakçılarla bölüşdülər.
Görüş zamanı maraqlı müzakirələr olundu və Milli Koordinasiya şəbəkəsi təsis edildi.