Xəzər Universitetində 1990-cı ilin yanvarında Bakıda baş vermiş hadisələrin 30 illiyi ilə əlaqədar tədbirlər planının həyata keçirilməsinə başlanılmışdır. Universitetdə “Qara Yanvar”la əlaqədar müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Xəzər Universitetinin foyesində həmin dövrün hadisələrini əks etdirən fotolardan ibarət posterlər qoyulmuşdur.