2019-cu il dekabrın 11-də Xəzər Universitetində Aqrar İnkişaf Könüllüləri Təşkilatının təqdimatı oldu. Tədbirdə Həyat elmləri departamentinin müəllimlərindən Asəf Ömərov, Cavid Ocaqi, PhD tələbələrdən Moojan Serpoush, Təbiət elmləri və mühəndislik fakültəsinin, İqtisadiyyat və menecment fakültəsinin tələbələri iştirak edirdilər. Tədbiri Həyat elmləri departamentinin rəhbəri Asəf Ömərov açaraq, gənclərin sosial həyatda rolundan, dövlətçilikdə əhəmiyyətindən, karyera planlamasında sosial əlaqələrin vacibliyindən danışdı. Təşkilatın rəhbəri Sarvan Cəbrayılzadə aqrar sahədə aparılan islahatlardan, əldə olunmuş uğurlardan danışmaqla bərabər, könüllülük fəaliyyətinin sahələri və istiqamətləri, bu təşkilatda gənclərin rolu, təşkilatın missiyası, strateji baxışları, həmçinin, təşkilatın həyata keçirdiyi layihələr haqqında məlumat verdi. Tədbirin sonunda bir qrup tələbə təşkilata üzv oldu.