2019-cu il dekabrın 12-də Azərbaycan Turizm Bürosunun icraçı direktoru cənab Florian Sengstschmid Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsinin dəvətilə universitetdə qonaq oldu. Səfər zamanı Xəzər Universiteti ilə Azərbaycan Turizm Bürosu arasında əməkdaşlıq imkanları universitetin rektoru dosent İradə Xəlilova və İqtisadiyyat və menecment fakültəsinin dekanı dosent Ceyhun Məmmədovla müzakirə edildi.
Eyni zamanda, cənab Florian Sengstschmid və həmçinin, büronun Turizm məhsulları və destinasiyanın inkişaf etdirilməsi departamentinin əməkdaşı xanım Şərifə Həsənova və Dövlət turizm agentiliyinin regional turizm və qoruqların inkişafı sektorunun turizm siyasəti və strategiyası şöbəsinin əməkdaşı xanım Könül Nuriyeva İqtisadiyyat və menecment fakültəsinin tələbələri ilə görüşdülər və “Azərbaycanda turizmin inkişafı və dövlət siyasəti” mövzusunda maraqlı mühazirə söylədilər. Görüş sual cavab sessiyası ilə başa çatdı.