2019-cu il dekabrın 12-də Xəzər Universiteti Karyera Mərkəzinin təşkilatçılığı ilə tələbələrin təcrübə proqramlarından bəhrələnmələri məqsədilə “ATL Tech” şirkətilə görüşü baş tutdu. Görüşü Karyera Mərkəzinin koordinatoru Fəxrəddin Abdullayev açaraq, tələbələrin təcrübə proqramlarında aktiv iştirak etmələrini vurğuladı. Daha sonra F.Abdullayev sözü şirkətin İnsan resursları üzrə aparıcı mütəxəssisi Vəfa Şahgəldiyevaya verdi. V.Şahgəldiyeva ATL Academy layihəsi çərçivəsində tələbələrə 3 aylıq təcrübə imkanı verdiyini vurğuladı və hansı istiqamətlərdə fəaliyyət göstərəcəklərini qeyd etdi. Belə ki, təcrübə proqramında tələbələr ictimaiyyətlə əlaqələr, layihələrin idarə olunması və sosial iş istiqamətləri üzrə fəaliyyət göstərəcəklər: ATL Academy hazırkı mərhələdə isə “Code School” daxilində Software Development Fundamentals, Backend və Frontend Software Development kimi sahələri üzrə kurslar təqdim etdiyini qeyd etdi. Növbəti mərhələlərdə kurslar İT sahəsinin müxtəlif istiqamətlərini əhatə etdiyini və dərslərin İT sahəsində geniş təcrübəyə malik mütəxəssislər tərəfindən hazırlanaraq, tələbələrə nəzəri biliklər ilə yanaşı, həm də praktiki biliklər öyrədiləcəyini qeyd etdi. Eyni zamanda ATL-də aktiv olan vakansiyalar haqqında da məlumat verən Vəfa Şahgəldiyeva təqdimatın sonunda tələbələrin suallarını cavablandırdı.