2019-cu il dekabrın 9-da Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Rodrigo Labardini Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsinin dəvətilə universitetdə qonaq oldu. Səfər zamanı Xəzər Universiteti ilə Meksika universitetləri arasında əməkdaşlıq imkanları Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova və İqtisadiyyat və menecment fakültəsinin dekanı Dr. Ceyhun Məmmədovla müzakirə edildi.
Eyni zamanda, cənab Rodrigo Labardini İqtisadiyyat və menecment fakültəsinin tələbələri ilə görüşdü və Meksikanın iqtisadiyyatı və turizm sənayesi və Azərbaycan ilə Meksika arasında ikitərəfli ticarət əlaqələri haqqında çox maraqlı bir mühazirə söylədi və tələbələrin suallarını cavablandırdı.