2019-cu il dekabrın 5-6-da Xəzər Universiteti və BMT-nin Biomüxtəliflik və Ekosistem Servisləri üzrə Beynəlxalq Panelinin (International Panel on Biodiversity and Ecosystem Services- IPBES) birgə təşkilatçılığı ilə universitetin Fikrət Əmirov Konfrans-Konsert Mərkəzində “Şərqi Avropa Tanıtma/Milli Əlaqələndiricilərinin Dialoqu” (Eastern Europe Uptake & Outreach Event/National Focal Point Dialogue Meeting) adlı beynəlxalq konfrans keçirildi.
Tədbiri Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova açaraq iştirakçıları salamladı, tədbirin əhəmiyyətindən danışdı və konfransa uğurlu iş arzuladı.
IPBES-in nümayəndəsi Ingunn Storro IPBES iştirakçıları üçün üstünlüklər, əsas fəaliyyətlər və imkanlar haqqında danışdı.
Sonra Xəzər Universiteti Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Rəşad Allahverdiyev çıxış etdilər.
Tədbirdə 25 ölkənin, o cümlədən, Norveç, Almaniya, Türkiyə, Bolqarıstan, Belçika, Moldova, Belarus, Slovakiya, Rusiya, Bosniya və Herseqovina, Serbiya, Xorvatiya, Azərbaycan, Macarıstan, Şimali Makedoniya, Estoniya, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Rumıniya, Çexiya və Niderlandın milli əlaqələndiriciləri və ekspertləri iştirak edirdilər.
Tədbirdə universitetin Kamera orkestri (bədii rəhbər universitetin Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, pianoçu Zülfiyyə Sadıqova) konsert proqramı ilə çıxış etdi.
Dekabrın 5-də Xəzər Universitetinin Buzovnadakı Konfrans-İstirahət Mərkəzində tədbir iştirakçıları üçün ziyafət təşkil olundu.
Tədbir dünyanın 20-dən çox informasiya vasitələri tərəfindən işıqlandırılmışdır.