2019-cu il noyabrın 21-də İsveçrənin Azərbaycan Respublikasında və Türkmənistanda səfiri xanım Muriel Peneveyre, İsveçrə Əməkdaşlıq Ofisinin Azərbaycandakı Regional direktorunun müavini xanım Simone Haeberli və ofisin milli proqram rəhbəri Zahir Əhmədov Xəzər Universitetini ziyarət etdilər. Qısa kampus turundan sonra qonaqlar Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və universitetin rektoru İradə Xəlilova ilə görüşdülər.
Daha sonra qonaqlar Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzi ilə tanış oldular və kitabxanaya 15 nüsxə aşağıda göstərilən kitabları hədiyyə etdilər:
Müəllif | Kitabın adı | Nəşr ili | Nəşriyyat | Nüsxə |
| İsveçrəliləri izləyin: xaricdən baxış və fikirlər | 2019 | Kitabıstan | 4 |
Stamm, P. | Aqnes | 2012 | Qanun Nəşriyyatı | 3 |
Friş, M. | Homo Faber | 2013 | Alatoran Yayınları | 2 |
İsmayıl, Ş. | İşgüzar xanım üçün 101 qayda | 2017 | Kontrast | 2 |
| Central Asia and The Caucasus | 2011 | SAGE Publications | 2 |
| Stories and Faces of Entrepreneurs of the South Caucasus | 2015 | Mas Matbaa | 1 |
Allahyarova, T. Zurich, S. | The Shared Values of Multiculturalism and Secularism in Azerbaijan and Switzerland | 2015 | DCAF | 1 |