2019-cu il noyabrın 29-da Xəzər Universiteti Təbiət elmləri və mühəndislik fakültəsinin Mexanika mühəndisliyi departamentinin müəllimi Dr. Mehdi Kiyasatfar və “Mexanika Mühəndisliyi Cəmiyyəti”nin üzvləri 229 saylı məkt'bin şagirdləri üçün seminar verdilər. Seminar “Robototexnika, 3D printerlər, Avtomobil mühərrikləri, Günəş enerjisi” mövzusunda idi. Seminar şagirdlər tərəfindən maraqla qarşılandı. “Mexanika Mühəndisliyi Cəmiyyəti”nin üzvləri, həmçinin, şagirdlər üçün “Tələbə həyatı. Universitet seçərkən kritik amillər. Mexanika Mühəndisliyi nədir? Azərbaycanlı tələbələr üçün uyğun təqaüd proqramları” adlı dörd müxtəlif mövzuda da vorkşop təşkil etdilər.
Görüşün sonunda şagirdlərə Xəzər Universitetinin hədiyyələri təqdim edildi.