Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamentinin müəllimi fəlsəfə doktoru Anar Cəfərovun “Əkinçi” Sosial Təşəbbüsünün təşkilatçılığı ilə ictimai mühazirəsi baş tutdu. Mühazirə çağdaş dövrün bir çox mühüm fəlsəfi cərəyan və məktəblərini özündə ehtiva edən, dünyanın bir çox qabaqcıl universitetlərinin filosofları arasında geniş yayılmış fəlsəfi bir istiqamət olan analitik fəlsəfənin mühüm xüsusiyyətlərinə həsr edilmişdi.
Mühazirənin videoyazısını bu link vasitəsilə izləmək olar:
https://www.youtube.com/watch?v=CkkAYPcOx0c&feature=emb_logo