Noyabrın 27-də Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi Orxan Zamanovun rəhbərliyi ilə tarix müəllimliyi ixtisasının I və II kurs tələbələri üçün H.Zərdabi adına Təbiət Tarixi Muzeyində əyani dərs təşkil edildi. Muzey qədim tarixin izlərini öyrənməkdə tələbələr üçün çox maraqlı oldu, əyani-praktik təcrübə rolunu oynadı.
Muzeyin direktoru Taryel Heybətovun tələbələrlə səmimi söhbəti və antropologiya haqqında olan fikirləri tələbələrin xüsusən diqqətini çəkdi. Əyani dərsdə tələbələrlə sual-cavab şəklində müzakirələr də aparıldı.