2019-cu il noyabrın 24-dən 27-dək “Dayanıqlı inkişaf naminə təbii ehtiyatların idarə edilməsi’’ magistr proqramının hazırlıq mərhələsi çərçivəsində Avrasiya Bilik Mərkəzinin direktoru İnqilab Əhmədov və Xəzər Universitetinin professoru Fuat Rəsulov Qazaxıstanın Almatı şəhərinə səfər etdilər. Xəzər Universitetinin nümayəndələri KIMEP Universiteti, Qazax-Britaniya Texniki Universiteti (KBTU), Narxoz Universiteti və Satbayev Universitetinin rəhbərləri ilə görüşdülər. Adı gedən universitetlərin hər biri Xəzər Universiteti ilə əməkdaşlıqda maraqlı və lazım olan addımları atmağa hazır olduqlarını bildirdilər.