2019-cu il noyabrın 25-i və 26-da Xəzər Universiteti Həyat elmləri departamentinin müəllimləri və imtahan nəticələri ilə fərqlənmiş bir qrup tələbəsi Bakıda təşkil olunmuş “Baytarlıq elminin inkişaf istiqamətlərində innovasiyaların tətbiqi” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak etdilər. Konfransda Kənd Təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Azərbaycan Respublikası Prezident Aparatının rəsmisi Eldar Həsənov, Beynəlxalq Epizootik Büronun (OİE) rəsmisi Kazimeras Lukauskas, Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun rəhbəri Siala Rüstəmova, Rusiya Elmlər Akademiyasının fəxri üzvi Aleksandr Donçenko, Dağıstan Dövlət Aqrar Universitetinin dekanı Badruddin Hacıyev, həmçinin, Rusiya, Qazaxıstan və Ukraynadan olan alim və mütəxəssislər iştirak edirdilər. Tədbirdə Həyat elmləri departamentinin rəhbəri Asəf Ömərov departamentin hüceyrə patologiyasını öyrənən laboratoriyasında tədqiq olunan “Xörək duzunun artan konsentrasiyalı süd məhsullarında E.coli və Salmonella spp.-nin yaşama qabiliyyətinin müxtəlif ekspozisiya müddətlərində öyrənilməsi” adlı mövzunu təqdim etdi.