2019-cu il noyabrın 21-i və 22-də Xəzər Universitetinin İnkişaf direktoru, eyni zamanda, ERASMUS+ Azərbaycan üçün Ali Təhsil İslahatı eksperti Raziyə İsayeva sosial inteqrasiyanın Flemiş Universitetinin beynəlmiləlləşdirmə strategiyasına necə daxil edilməsinə baxılması üçün Belçikanın Brüssel şəhərində yerləşən Vrije Universitetinə təşkil edilən tədqiqat səfərində iştirak etdi. Görüşdə Gent Universiteti, Antverpen Universiteti və Brüsselin Vrije Universitetinin aparıcı şəxslərinin beynəlmiləlləşdirmə strategiyaları və sosial inteqrasiyanın tələbə hərəkətliliyinə, məlumatların toplanmasına və siyasət islahatlarına necə təsir göstərdiyi barədə çıxışlar dinlənildi.
Avropa Komissiyasının Beynəlxalq Əməkdaşlıq Birliyi, sənayeləşmiş ölkələr üzrə siyasət mütəxəssisi xanım İrene Sabio Gallego ERASMUS+ çərçivəsində KA1 proqramının necə dəyişdiyi və hazırda sosial inteqrasiyanın hansı amillərini əhatə etdiyinə dair məruzə ilə çıxış etdi. Şərqi Qonşuluq, habelə, Orta Şərq və Balkanların 12-dən çox ölkəsindən gələn qonaqlar, hərəkətlilik proqramlarının problemləri və çağırışları və bu günə qədər tələbələrin hərəkətliliyinin sosial inteqrasiyanı necə əhatə etdiyini müzakirə etdilər. Fərqli ölkələri təmsil edən Ali Təhsil İslahatı Mütəxəssislərinin hamı üçün bərabərlik, ədalətlilik və əlçatanlığı təmin edən bu vacib xüsusiyyəti müdafiə edəcəyi ümidilə Beynəlxalq Kredit Hərəkətliliyi Proqramının gələcək bir çox xüsusiyyətləri müzakirə edildi.