2019-cu il noyabrın 22-si və 23-də Xəzər Universitetinin Buzovnadakı Konfrans və İstirahət Mərkəzində “Səmərəli və dayanıqlı tərəfdaşlıq yolu ilə ali təhsil bacarıqlarının qurulması” adlı seminar keçirildi.
Seminar ABŞ-ın Azərbaycandakı Səfirliyi və Xəzər Universiteti tərəfindən 2019-cu il Beynəlxalq Təhsil Həftəsi çərçivəsində təşkil edildi.
Montereydəki Middlebury Beynəlxalq Araşdırmalar İnstitutunun dosenti, beynəlxalq təhsil sahəsində 20 ildən çox təcrübəyə sahib olan Dr. David Wick seminarın keçirilməsinə dəvət edildi. Seminarda Azərbaycandan olan müəssisə və təşkilatlar üçün təhsil mübadiləsi və tələbə mobilliyi üçün tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək və dəstəkləmək qabiliyyətini qiymətləndirmək üçün iş nümunələri, panellər və qrup iclaslarından istifadə edildi. Seminar zamanı iştirakçılar institusional imkanlarını araşdırdılar, ortaqlıq ehtiyaclarını təyin etdilər, potensial tərəfdaşları müəyyən etdilər, məlumatlandırma, idarəetmə və qiymətləndirmə strategiyası hazırladılar və digər interaktiv iclas və fəaliyyətlərdə iştirak etdilər.
Seminar, Mingəçevir və Gəncənin 3 regional universiteti də daxil olmaqla, 20-dən çox yerli ali məktəbdən 30-dan çox mütəxəssisi bir araya gətirdi. Seminarda Azərbaycan Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin nümayəndələri və iki ingilis dili mütəxəssisi iştirak edirdilər.
Seminarı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edildi. Sertifikatları təlimçi Dr. David Wick və ABŞ-ın Azərbaycandakı Səfirliyinin İctimaiyyətlə Əlaqələr üzrə Mütəxəssisi xanım Mişel Peterson təqdim etdilər.