Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə universitetin professoru, tarix elmləri doktoru, əməkdar müəllim, Xəzər Universiteti “Azərbaycan arxeologiyası” jurnalının baş redaktoru İsmayılzadə Qüdrət Seyfulla oğlu “Şöhrət” ordeni ilə təltif edilib.
Qüdrət İsmayılzadəni yüksək dövlət mükafatı ilə təltif olunması münasibətilə səmimi-qəlbdən təbrik edir, pedaqoji və elmi fəaliyyətində ona yeni uğurlar və möhkəm can sağlığı arzulayırıq.