2019-cu il noyabrın 22-də Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi və doktorantı Nilufər Əlizadə Azərbaycan Dövlət Televiziyasında yayımlanan “Mən, sən, o” verilişinin, gənclərin uğur hekayəsi rubrikasına müsahibə vermişdir. Müsahibə zamanı xaricdə təhsilin faydaları, düzgün peşə seçimi, karyerada uğur qazanmaq, kimi mövzulardan əlavə Nilufər Əlizadə Psixologiya departamentində tələbələrin də aktiv iştirakı ilə keçirilən, onların sosial problemlərə duyarlı və məsuliyyətli fərd olaraq, yetişdirməyə xidmət edən sosial layihələr haqqında məlumat vermişdir. Qeyd edək ki, müsahibə zamanı Nilufər Əlizadənin müəllifi olduğu rəsmlər də yayımlanmışdır.
Verilişi bu link vasitəsilə izləmək olar: