2019-cu il noyabrın 20-də Xəzər Universiteti Təlim və Tədris Mərkəzi ilə İngilis dili və ədəbiyyatı departamentinin birgə təşkilatçılığı ilə doktorant, magistr tələbələri və həmçinin, tədqiqatçılar üçün nəzərdə tutulmuş növbəti tədqiqat seminarı keçirildi. Tədqiqat seminarı Azad İslam Universitetinin (İran) əməkdaşı Dr. Davud Kuhinin təqdimatında “Keyfiyyət tədqiqat metodları” mövzusunda idi. Dr. Kuhi təqdimatı zamanı keyfiyyət tədqiqat metodlarının seçilməsi, məlumatların toplanması, analizi və digər xüsusiyyətləri haqqında geniş məlumat verdi. Sonda müzakirələr oldu.