2019-cu il noyabrın 16-da Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi və doktorantı Nilufər Əlizadə Green Start Academy və “Gənclərin töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Beynəlxalq təhsil modellərinə praktik yanaşma” adlı elmi-praktiki konfransda məruzəçi kimi çıxış etdi. Təhsil psixologiyasından danışan N.Əlizadə praktiki konfransda təhsil psixologiyanın tətbiqinin İngiltərə təcrübəsi ilə Azərbaycan modeli arasında fərqlərini göstərdi və auditoriyada əyləşən müəllim, direktor və məktəb psixoloqlarına işlərində istifadə edə biləcək praktiki məlumatlar verdi. Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin əməkdaşı Afət Süleymanova, Azərbaycan Respublikası Təhsil İnstitutunun baş mütəxəssisi Kifayət Məmmədova “Təhsilin inkişafı: Respublikada və beynəlxalq aləmdə”, 60 nömrəli tam orta məktəb və Azərbaycan Dövlət Dəniz Akademiyasının müəllimi Şirin Məmmədova “Finlandiya və Azərbaycan təhsil sistemləri arasında aparılan paralellər”, Təhsildə Araşdırmalar və İnkişaf Mərkəzinin direktoru “Dubay təcrübəsi: nə qədər uzaqdayıq?!” kimi mövzularla çıxış etdilər.