2019-cu il noyabrın 7-dən 11-dək Macarıstanın Gyor şəhərində baş tutan yarışmada Xəzər Universiteti Təbiət elmləri və mühəndislik fakültəsinin kompüter mühəndisliyi və kompüter elmləri ixtisası üzrə təhsil alan Tamerlan Abdullayev, Tuqay Abdullazadə və Səməd Cabbarlıdan ibarət “Chicken Doner” adlı robototexnika komandası 66 ölkənin komandaları ilə yarışda Azərbaycanı təmsil etdilər. Dörd gün davam edən yarışın sonunda “Chicken Doner” komandası Amerika Birləşmiş Ştatları, Cənubi Koreya, Hindistan, Tayland və Çini üstələyərək, 83 komanda arasında 33-cü yeri tutmağa müvəffəq oldular. Komandaya kompüter mühəndisliyi ixtisası üzrə təhsil alan dördüncü kurs tələbəsi Emin Bayramov rəhbərlik edirdi.
Qeyd edək ki, 2019-cu il iyunun 4-dən 7-dək Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Robototexnika Mühəndisliyi və “Təhsil təlim, peşə və gəncliyin inkişafı mərkəzi” İctimai Birliyi təşkilatçılığı ilə 25 təhsil müəssisəsindən 65 komandanın iştirakı ilə 4 kateqoriyada keçirilən Azərbaycan Robototexnika Olimpiadası baş tutmuşdu. Olimpiadada Xəzər Universitetinin “Chicken Doner” adlı Robototexnika komandası birinci yeri qazanmış və Macarıstanın Gyor şəhərindəki dünya finallarında Azərbaycanı təmsil etmək hüququ əldə etmişdi.
Əlavə məlumatı bu link vasitəsilə əldə etmək olar:
https://scoring.wro-association.org/en/event/scoring/4/wro-international-final-2019-gyor-hungary
https://drive.google.com/drive/folders/1sJy-pAl7xPEFmahAT0_iTW9B43ZAEjhq?usp=sharing