2019-cu il noyabrın 14-də Bakı Ali Neft Məktəbində BP Azərbaycanın və BANM-ın iştirakı və maliyyə dəstəyi ilə yerli universitetlərdə müxtəlif mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin inkişafına dəstək olaraq həyata keçirdiyi “Mühəndislər üçün biznes təhsili” proqramını uğurla başa vurmuş tələbələrə sertifikatların təqdim etmə mərasimi keçirildi. Tədbirdə Xəzər Universiteti ilə yanaşı, UFAZ, ADNSU, BMU, AzTU universitetlərinin rektor, prorektor və dekanları iştirak edirdilər.
Bu il proqrama 220 tələbə müraciət etmişdi. 9 universitet üzrə 88 tələbə proqramı uğurla başa vuraraq, Sertifikat əldə etdi. Xəzər Universiteti Təbiət elmləri və mühəndislik fakültəsinin 2 tələbəsi –Ayan Babakişiyeva (Neft-qaz mühəndisliyi, 3-cü kurs) və Əbdülhüseyn Həsənov (İnşaat mühəndisliyi, 3-cü kurs) bu layihəni uğurla tamamladı. Sertifikatları onlara BANM-ın rektoru Elmar Qasımov və Xəzər Universiteti Təbiət elmləri və mühəndislik fakültəsinin akademik işlər üzrə dekan müavini Fəxrəndə Əlimərdanova təqdim etdilər.