2019-cu il noyabrın 13-də Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi t.ü.f.d., dosent Səbuhi Əhmədov Gürcüstan Hərb Tarixi Cəmiyyətinin fəxri üzvü seçildi. Cəmiyyətin sədri Mamuka Gogitidze və sədr müavini Giorgi Bejitaşvili tərəfindən təqdim edilən üzvlük diplomunda S.Əhmədovun Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin möhkəmləndirilməsində göstərdiyi səylər xüsusi qeyd olunmuşdur.
Azərbaycanın hərb tarixi və heraldikasına həsr olunmuş bir sıra nəşrlərin müəllifi olan S.Əhmədov, həmçinin, XIX-XX əsrin əvvəllərində Azərbaycan milli hərbi hissələrinin yaradılmasında azərbaycanlılarla bərabər fəaliyyət göstərmiş digər millətlərin nümayəndələrinin həyat və fəaliyyətinin öyrənilməsi, eləcə də, Qafqaz silahlarının tədqiqinə həsr edilən yazıların müəllifidir.