2019-cu il noyabrın 8-də Xəzər Universiteti Mexanika mühəndisliyi departamenti və “MMC” komandasının təşkilati dəstəyilə Urmiya Universitetinin Mühəndislik fakültəsinin dekanı professor Ghader Rezazadeh “Mikro-elektro-mexaniki sistemlər (MEMS)” mövzusunda seminar keçirdi. Seminarda tələbələr, habelə, Xəzər Universitetinin müəllim heyəti iştirak edirdi. Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Dr.Hassan Niknafs giriş nitqi ilə çıxış edərək, iştirakçıları və qonaqları salamladı. MEMS-in hərtərəfli tətbiqindən sonra professor Rezazadeh elektrostatik olaraq aktivləşdirilmiş MEMS-in qeyri-xətti davranışlarını təsvir etdi. Sonda Mexanika Mühəndisliyi Cəmiyyəti (MMC) rəsmi olaraq açıldı. “MMC” komandasının rəhbəri Fəridə Qaracayeva və köməkçisi Ağamoğlan Beydullayev MMC-in əhəmiyyəti və əsas vəzifələri barədə ətraflı məlumat verdilər və iştirakçıların suallarını cavablandırdılar. MMC qrupu 5 tələbə və məsləhətçi Dr. Mehdi Kiasatfardan ibarətdir.