2019-cu il oktyabrın 31-də Xəzər Universiteti neft mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi ilə məzun olmuş Yevgeniy Samarkin tərəfindən aparılan araşdırma ilə bağlı seminar keçirildi. Y.Samarkin quyuların qazılması ilə bağlı bu layihə üzərində, Xəzər Universitetinin fəlsəfə doktorantı və müəllimi Ehsan Cəfərinin rəhbərliyi altında bir ildən çox müddət ərzində işləyir.
İstiqamətli qazma neft və qaz yataqlarının inkişafında çox vacib bir vasitəyə çevrilmişdir. Karbohidrogen hasilatı üçün cari xərclər, idarə olunan istiqamətli qazmanın zəruriliyini əvvəlkindən daha böyük dərəcədə təyin edir. Samarkin seminarda araşdırma nümunələri əsasında istiqamətli quyuların dizaynına, təhlilinə və proqramlaşdırılmasına yönəlmiş işlərinin nəticələrini nümayiş etdirdi.
Seminarda Xəzər Universitetinin Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Dr.Hassan Niknafs, Xəzər Universitetindəki eiLink Araşdırma və İnkişaf Mərkəzinin nümayəndələri –Xəzər Universitetinin neft mühəndisliyi üzrə doktorantları Şəhriyar Alxaslı, İzat Şahsenov, Vəfa Əhmədzadə, Məsud Mehrizadə (müəllim) və departamentin tələbələri iştirak edirdilər.