2019-cu il noyabrın 5-də Xəzər Universitetinin müəllimi və doktorantı Nilufər Əlizadənin “Telefonla yazışmaq, yoxsa zəng etmək? –Bu seçimin psixososial səbəbləri...” adlı məqaləsi E.Tibb.az saytında yayımlanmışdır. Məqalədə son dövrlərdə 1980-ci, 1990-cı və 2000-ci illərin əvvəllərində dünyaya gəlmiş demoqrafik qrupların arasında sürətlə yayılmış telefonla bağlı təşviş pozuntusundan və telefonofobiadan, insanlarda bu halların yaranma səbəblərindən, professional köməyin nəcə alınmalı olunduğundan və nəhayət, psixoloqa müraciət etmədən gündəlik istifadə edilə biləcək texnikalar ilə bu halların öhdəsindən necə gəlmək lazım olduğundan bəhs olunmuşdur.
Maraqlananlar məqaləni bu link vasitəsilə oxuya bilərlər:
https://e-tibb.az/xeber/telefonla-yazismaq-yoxsa-zeng-etmek-bu-secimin-psixososial-sebebleri-1188