2019-cu il noyabrın 4-də Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi və doktorantı Nilufər Əlizadənin təşkilatçılığı ilə “Azərsun” Holdinqin Təlim və inkişaf şöbəsinin müdiri, “Six Seconds” sertifikatlı EQ üzrə mütəxəssis və “Dan ulduzu” kitabının müəllifi Elçin Əzimli “Emosional intellekt” mövzusu ilə seminarda çıxış etdi. Tələbələr, universitetin əməkdaşlarının və psixoloqların iştirak etdiyi seminar zamanı koçinq, emosional intellekti karyera yüksəlişində necə istifadə edilməsi və s. kimi məsələlərdən danışıldı. Sual-cavab şəklində davam edən seminarda, xüsusilə, təşkilat psixologiyası fənnini öyrənən tələbələr Elçin Əzimlinin iş təcrübəsi ilə yaxından maraqlandılar.