2019-cu il noyabrın 4-də Xəzər Universiteti KİM-nin direktoru Tatyana Zayseva və direktor müavini Aytac Misgərli AMEA-nın Mərkəzi Elmi Kitabxanasının təşkilati dəstəyi ilə keçirilən “Türkiyənin müasir elektron resursları” adlı təlimdə iştirak etdilər.
Təlimin əsas mövzuları “Türkiyədə ali təhsildə e-mənbələr” və “Hiperkitab: Türkiyənin ilk rəqəmsal kitabxanası” idi.
Təlimin sonunda gələcəkdə “Hiperkitab” kitabxanasından Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun üzvlərinə əməkdaşlıq çərçivəsində sınaq müddətinin verilməsi planlaşdırıldı.