Xəzər Universitetinin Nəşriyyatıda filologiya üzrə fəlsəfə doktoru, dosent Tamilla Əliyevanın “Qafqaz müharibəsi rus ədəbiyyatında” adlı monoqrafiyası çapdan çıxıb. Kitabın elmi redaktoru filologiya elmləri doktoru Asif Hacılıdır.
Monoqrafiyada tarixə Qafqaz müharibəsi kimi düşmüş hadisələrin – Şimali Qafqazda dağlılarla dövlət strukturları arasında iki yüz ilə yaxın davam edən toqquşmaların rus ədəbiyyatında təsviri şərh olunur.
Monoqrafiya mütəxəssislər və filoloq tələbələr üçün nəzərdə tutulmuşdur.