2019-cu il noyabrın 1-də Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı dosent Elza Səmədova Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən Təhsil Nazirliyinin əsas benefisiarı olduğu “Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək” layihəsinin sertifikatlarının təqdim etmə mərasimində iştirak etdi və kvalifikasiya üzrə işçi qrupunun fəal üzvü kimi sertifikatla təltif olundu.