2019-cu il oktyabrın 31-də Xəzər Universiteti İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva British Council-Azərbaycan tərəfindən təşkil edilən Məzunların Məşğulluğunun Artırılmasına dair Forumunun panel müzakirələrində iştirak etdi. O, “Məzunların Məşğulluğu Ali Təhsilin ‘Niyə’sidir” mövzusunda etdiyi çıxışında Azərbaycandakı ali təhsil müəssisələrinin müvafiq bacarıqlara sahib məzunların necə yetişdirə biləcəyindən danışdı. Bu konfrans British Council-ın Azərbaycanda Ali Təhsil Məşğulluq Proqramının başlanğıcı oldu.
Konfrans British Council-ın ölkə üzrə direktoru Summer Xian-nın giriş nitqi ilə başladı. Sonra Lordlar Palatasının üzvü, Baş nazirin İraq, Azərbaycan, Türkmənistan və Qazaxıstandakı ticarət elçisi, Winterbourne-ın Baronessası Emma Nicholson Böyük Britaniya ilə Azərbaycan arasındakı münasibətlərə dair çıxış etdi. Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Ali Təhsilinin nailiyyətləri haqqında söhbət açdı.
Konfrans gün ərzində Azərbaycan ali məktəblərinin nümayəndələri ilə panel müzakirələrində davam etdi. İngiltərə tərəfdaşları, məşğulluğun öz tədris planlarına necə daxil edildiyi və məzunların məşğulluğunun artırılmasına dəstək göstərmək üçün İngiltərədə hansı daxili və xarici xidmətlər yaradıldığı haqqında təcrübələrini bölüşdülər.
Xəzər Universitetini Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı dosent Elza Səmədova, Təbiət elmləri və mühəndislik fakültəsinin dekan müavini Fəxrəndə Əlimərdanova və Keyfiyyətin Təminatı Mərkəzinin direktoru Lyudmila Sotova təmsil etdilər.