2019-cu il oktyabrın 27-31-də Özbəkistanın Daşkənd şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində gənclər arasında "1-ci Robotexnika yarışması" keçirilib. Yarışlar 2 kateqoriya – "ROBOT SUMO" və "ROBOT FUTBOL" kateqoriyaları üzrə təşkil olunub.
Qeyd edək ki, "1-ci Robotexnika yarışması"nda ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Xarici İşlər Nazirliyi və AREA – Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə hazırlanan komanda təmsil edib.
Xəzər Universiteti Təbiət elmləri və mühəndislik fakültəsinin müəllimi, AREA-nın təsisçisi Rəhman Rəsulzadənin mentorluq etdiyi, fakültənin kompüter mühəndisliyi ixtisasının dördüncü kurs tələbələri Emin Bayramov və Məhəmməd Məmmədlidən ibarət komanda "ROBOT SUMO" yarışı üzrə 18-23 yaş kateqoriyasında iştirak edib.
Qeyd edək ki, 100-dən çox ölkədən nümayəndənin qatıldığı yarışda Azərbaycan ilk dəfə olaraq təmsil olunub və 7-ci yerə çıxaraq ilk onluğa düşüb.
Ölkə mediası Azərbaycan komandasının bu uğurunu Azərbaycan və ingilis dillərində geniş işıqlandırıb:
http://ictnews.az/read-63882-news-1.html
https://metbuat.az/news/1282590/azerbaycan-islam-emekdasliq-teskilati-cercivesinde-1-ci-robo.html
http://ictnews.az/read.php?lang=2&content=63884 https://xeberler.az/new/details/azerbaycan-1-ci-robototexnika-yarismasinda-temsil-olunub--24471.htm
http://www.7news.az/az/azerbaycan-islam-emekdasliq-teskilati-cercivesinde-1-ci-robototexnika-yarismasinda-temsil-olunub/
http://yeniazerbaycan.com/SonXeber_e56973_az.html