“BP Azerbaijan” şirkəti ölkədə bakalavr pilləsi üzrə texniki fakültələrdə təhsil alan (4-cü kurs) universitet tələbələri və məzunların karyera inkişafına dəstək olmaq məqsədilə yeni mentorluq proqramına başlayıb.
Mentorluq proqramının elanı ilə bağlı oktyabrın 30-da keçirilən tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, müasir dünyada mentorluğa çox böyük maraq var və bu istiqamətdə BP şirkətinin bu layihəsi təqdirəlayiqdir: “Layihənin əsas məqsədi texniki fakültələrdə təhsil alan, yüksək potensialı ilə seçilən tələbələrə fərdi mentorluq sessiyaları keçirməklə onların öz sosial bacarıqlarını inkişaf etdirmələrinə və özlərinə inamı artırmalarına yardım etməkdir”.
Nazir müavini çıxışının sonunda layihə üçün seçilmiş 118 tələbəni təbrik edib və hər birinə uğurlar arzulayıb. Proqramda Xəzər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan-Fransız Universitetindən olan tələbələr iştirak edəcək.
Geniş məlumat bu linkdə:
https://ikisahil.az/post/bp-azerbaijan-telebeler-uchun-mentorluq-proqramina-bashlayib