2019-cu il oktyabrın 25-də Xəzər Universiteti İngilis dili və ədəbiyyatı departamentinin magistr tələbələri bu mövzularda dissertasiya müdafiə etdilər: Elvina Əbilzadə “Siyasi nitqdə inversiyanın praqmatik funksiyası” (“Pragmatic Function of Inversion in Political Discourse”, Validə Salmanova “Jerome David Salinger-in “Çovdarlıqda uçurumdan qoruyan” romanında yeniyetmələrin dilinin xüsusiyyətləri və ingilis dilindən Azərbaycan dilinə müvafiq tərcümə problemi” (“Peculiarities of the teenagers` language in the novel “The Catcher in the Rye” by J.D. Salinger and their adequate translation problems from English to Azeri”), Könül Xəlilova Con Steynbekin “Qəzəb salxımı” romanının tərcüməsində itki və bərpalar” (“Loss and compensation in translation of the novel “Grapes of Wrath” by John Steinbeck”), Aidə Əsgərova Teodor Drayzerin “Kerri bacı” əsərində seksik-stilistik vasitələr və onların Azərbaycan dili tərcüməsində təhlili” (“The lexical stylistic devices in the novel “Sister Carrie” by Theodore Dreiser and the differnces of their translation from English to Azeri”).
Müdafidə Şurası İngilis dili və ədəbiyyatı departamentinin müdiri – Dr.Bəhman Amani (sədr), departamentin müəllimləri –İradə Səmədova, İlham Tağıyev və İrina Orucova, departamentin Tədqiqat işləri üzrə koordinatoru –Milana Abbasova, Qərbi Kaspi Universitetinin İngilis dili və ədəbiyyatı kafedrasının professoru –Azad Məmmədov, Magistratura, doktorantura və elmi işlər bölməsinin koordinatoru –Cabir Məmmədovdan ibarət idi.
Mövzular ətrafında müzakirə keçirildikdən sonra işlər müsbət qiymətləndirildi.